ATU-nun Tədris-Terapevtik klinikasının direktoru şəhid ailəsini ziyarət edib

ATU Tədris Terapevtik Klinikasının direktoru Fərid Eyvazov, klinikanın əməkdaşı, Şəhid atası Rövşən Ağayevi və onun ailə üzvlərini öz evlərində ziyarət edib. 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında zəfər qazandığımız 44 günlük Vətən müharibəsində şəhid olan Rəşad Ağayevin rəşadətli döyüş və həyat yolundan bəhs edən məlumatları dinləyən Klinikanın direktoru şəhidin ailəsinə dərin etiramını ifadə etmiş, müqəddəs Vətən torpağı uğrunda canından keçən hər bir şəhidimizin, o cümlədən, Rəşad Ağayevin xatirəsinin Azərbaycan xalqı və klinikanın kollektivi üçün çox əziz olduğunu qeyd edib. 

Şəhid atası Rövşən Ağayev öz ailəsi adından ona göstərilən diqqət və qayğıya görə işlədiyi müəssisənin rəhbərliyinə səmimi minnətdarlığını bildirib.