ATU-nun Tədris işləri üzrə prorektoru aralıq qiymətləndirmənin gedişatı ilə tanış olub

 

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev İmtahan Mərkəzində keçirilən aralıq qiymətləndirmənin gedişatı ilə tanış olub.

Şəraitlə yaxından tanış olan professor, eyni zamanda tələbələrin hər hansı problemlə üzləşib-üzləşmədikləri ilə maraqlanıb. Prorektor imtahanın yaxşı təşkil edildiyini, cədvəllərin qaydasında olduğunu bildirib.

Qeyd edək ki, bu il üzrə cəmi 48 nəfər yay imtahan sessiyasında iştirak edib.