Texniki işçi heyəti sertifikasiyadan keçib

ATU-nun Təsərrüfat və təchizat şöbəsinin texniki işçi heyəti peşə və bilik səviyyələrinin artırılması ilə əlaqədar “Azneftkimyamaş - Balaxanı maşınqayırma zavodu” ASC-nin Personalın Sertifikatlaşdırılması üzrə təlim mərkəzində kurslara qatılıb.

Təlim mərkəzinə göndərilən bütün işçilər müvəffəqiyyətlə imtahan verərək sertifikat alıblar. Sertifikatların təqdimetmə mərasimində universitetimizin Mülki Müdafiə Qərargahının rəisi Ramiz Əliyev, bas energetik Mehdi Şəmsəliyev, mühəndislər Hüseyn Hacıyev və İsmayıl İsmayılov iştirak ediblər.