“Portal.edu.az” portalından qeydiyyatdan keçən abituriyentlər 5 sentyabrdan etibarən sənəd qəbulu üçün müraciət edə bilərlər.
Qəbul prosesi həftə içi 5 gün saat 09:00-dan 17:00-a qədər aparılacaq.
Ünvan:
- Tibb ixtisasına qəbul olan abituriyentlərin sənəd qəbulu Bakı şəh.,Nəsimi ray., Səməd Vurğun küç,165 (ATU-nun 5 saylı tədris binası) ünvanında aparılacaq.
- Stomatologiya ixtisasına qəbul olan abituriyentlərin sənəd qəbulu Bakı şəh.,Nəsimi ray., Səməd Vurğun küç,163 (ATU-nun 4 saylı tədris binası) ünvanında aparılacaq.
- Əczaçılıq ixtisasına qəbul olan abituriyentlərin sənəd qəbulu Bakı şəh.,Nəsimi ray., Səməd Vurğun küç,163 (ATU-nun 4 saylı tədris binası) ünvanında aparılacaq.
- İctimai Səhiyyə fakültəsinə (İctimai səhiyyə, Tibb bacısı işi, Fizioterapiya və tibbi reabilitasiya ixtisası) qəbul olan abituriyentlərin sənəd qəbulu Bakı şəh.,Nəsimi ray., Səməd Vurğun küç,163 (ATU-nun 3 saylı tədris binası) ünvanında aparılacaq.
Qəbula gələrkən lazım olan sənədlər:
· Attestat
· 3x4 foto şəkil (4 ədəd)
· 4x4 foto şəkil ( jpeg formatda, ad/soyad/ixtisas qeyd olunmaqla, [email protected] mailinə göndərilməlidir)
· Şəxsiyyət vəsiqəsi (2 ədəd sürəti)
· Dövlət İmtahan Mərkəzindən (DİM) imtahan nəticəsini təsdiqləyən sənəd
· E-mail ünvanı
· Ödəmə qəbzi (ödənişli qəbul olanlar üçün)
· Yaşayış yerindən arayış
· Hərbi bilet
· Təhsil haqqından azad olma kateqoriyasına düşən abituriyentlərdən həmin sənədi təsdiq etmələri xahiş olunur