ATU üzrə 2023-2024 tədris ilində 65 nəfər planlı qəbul yeri üzrə DİM yolu ilə 64 nəfər magistraturaya qəbul olunub. Onlardan 15 nəfər Klinik psixoloqiya, 15 nəfər Menecment (səhiyyə sahəsi üzrə), 4 nəfər Əczaçılıq texnologiyası, 5 nəfər Əczaçılığın təşkili, 5 nəfər Toksikoloji kimya, 5 nəfər Farmakoqnoziya, 5 nəfər Əczaçılıq kimyası, 5 nəfər Mikrobiologiya, 5 nəfər Biokimya ixtisası üzrə magistrant adını qazanıblar. Ən yüksək balı Jalə Məhcanova toplayıb. O, 90.5 balla Mikrobiologiya ixtisasına qəbul olub. 15 sentyabrda - ilk dərs günündə magistrantlarla baza kafedrada görüş keçirilib. Kafedra müdirləri və əməkdaşlar magistrantlara universitetimiz və magistratura təhsili barədə ətraflı məlumat verib, onları kafedra ilə tanış ediblər.
Yeni tədris ilində magistrantlarımıza uğurlar arzu edirik!