Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında tələbə -rezidentlər üçün növbəti ənənəvi seminar təşkil olunub.
Seminarı Rezidentura və magistratura şöbəsinin müdir müavini, Uşaq cərrahlığı kafedrasının assistenti Namiq Xəlilov açıb. O, mövzunun aktuallığını vurğulayaraq bildirib ki, “Böyrək və sidik kisəsi törəmələri” ilə bağlı Urologiya kafedrasının müdiri, professor Rauf Nağıyev çıxış edəcək.
Professor R.Nağıyev törəmələrin epidemiologiyası, etiologiyası, patologiyası, müayinəsi, müalicə yolları və s. ilə bağlı seminar iştirakçılarına ətraflı məlumat verib. Eləcə də öz təcrübəsini rezidentlərlə bölüşüb.
Seminar işgüzar şəraitdə başa çatıb və verilən suallar professor tərəfindən əhatəli şəkildə cavablandırılıb.