THİK nümayəndiliyi I kurs tələbələri arasından seçilən aktivistlərlə görüşüb

Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən universitetin I kurs tələbələri arasından seçilən aktivistlərlə görüş keçirilib.

Açılış nitqi ilə çıxış edən komitə sədri Qoşqar İsmayılov tələbələri yeni tədris ili münasibəti ilə təbrik edib və komitənin fəaliyətindən, planlarından bəhs edib.

Tədbirin gedişatında komitədə yer alan bütün klub departamentlərin sədrləri çıxış edərək öz klublarını təqdim ediblər.