Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Samiq Sadıxov Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında olub.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru Cavid Paşayev qonağa müəssisənin fəaliyyət istiqamətləri haqqında məlumat verib, burada yaradılmış şərait və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti ilə tanış edib. Bu səhiyyə ocağının dünyanın aparıcı ölkələrində, tibb elminin ən son nailiyyətləri əsasında istehsal edilmiş, müasir tələblərə cavab verən avadanlıqlarla təchiz olunduğunu bildirib. C.Paşayev klinikada müxtəlif sahələr üzrə müasir laboratoriyaların fəaliyyət göstərdiyini, müasir müalicə mexanizmlərinin tətbiq olunduğunu, tələbə və rezidentlərin təcrübəsi üçün hərtərəfli şərait yaradıldığını da qeyd edib.
Klinikanın fəaliyyətindən məmnun
Görüşdə ATU-nun Rezidentura və magistratura şöbəsinin müdir müavini, Uşaq cərrahlığı kafedrasının assistenti Xəlilov Namiq və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirinin köməkçisi Məhərrəm Talıbov iştirak edib.