“Ümumilli Lider Heydər Əliyevin 100 illiyinə” həsr olunmuş Respublika Əczaçılarının 4-cü Konfransı keçirilib

“Ümumilli Lider Heydər Əliyevin 100 illiyinə” həsr olunmuş “Əczaçılıq Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Əczaçılar Günü ərəfəsində Respublika Əczaçılarının 4-cü Konfransı keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTS), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Azərbaycan Respublikası Tarif Şurası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi, əczaçılıq şirkətlərinin nünayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Tibb Universitetini (ATU) Elmi işlər üzrə prorektor, professor Rauf Bəylərov, Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli, Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiri, professor Məhbubə Vəliyeva, Əczaçılığın toksikologiyası və kimya kafedrasının müdiri, professor Eldar Qarayev və fakültə əməkdaşları təmsil ediblər.

Konfrans panel iclaslarla işinə davam etdirib. Panellərdə "Elektron resept", "Qiymət siyasəti", "Yerli dərman istehsalı biznesinin inkişafı müzakirə olunub.

Müzakirə və təkliflərlə davam edən konfrans işini yekunlaşdırıb.