Bu günlərdə İstanbulda Beynəlxalq Uroloji və Türk Uroloji cəmiyyətlərinin birgə təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin 100 illiyə həsr olunmuş elmi-praktik konqres keçirilib. Toplantıda 54 ölkədən 3 minə yaxın nümayəndə iştirak edib.
Bu mötəbər toplantıda ölkəmizi təmsil edən uroloqlar arasında Azərbaycan Tibb Universitetinin əməkdaşları da olub. Urologiya kafedrasının müdiri, professor Rauf Nağıyev, kafedranın əməkdaşları - professor İlham Əhmədov, dosent Fikrət Əhmədov konqresdə iştirak ediblər. Professorlar R.Nağıyev və İ.Əhmədov, həmçinin sessiyada həmsədr kimi rol alıblar.
Yeri gəlmişkən, professor R.Nağıyev bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş Asiya Uroloqları Assosiasiyasının XX konqresində də iştirak edib. Tədbirdə “Laparoskopik ureterolitotemiya” mövzusunda çıxış edən professor, ATU-nun Tədris Cərrahiyyə Klinikasında 2011-ci ildən bu yana üzərində müvafiq əməliyyat həyata keçirilmiş xəstələrin təhlili və əldə olunan təcrübə barədə məlumat verib.
Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.