10 oktyabr 2023 il tarixində VIII Tibb Təhsili üzrə Beynəlxalq Konfransın təntənəli bağlanış mərasimindən sonra ölkəmizə gəlmiş qonaqlar üçün Azərbaycan Opera Balet teatrında ədəbi-bəbii hissə keçirilib. Tədbirdə respublikanın xalq artisti Yalçın Adıgözəlovun başçılığı ilə ölkəmizin tanınmış incəsənət ustaları solo konsert proqramı ilə çıxış ediblər. ATU-nun rəhbərliyinin də iştirak etdiyi konsert proqramında Azərbaycan mili və klassik bəstəkarların sənət nümunələrindən ibarət əsərlər səsləndirilib.