Azərbaycan Tibb Universitetinin (ATU) “Ailə təbabəti” kafedrasının assistenti, t.ü.f.d. Məhəbbət Fətəliyeva Türkiyənin Ege Universitetinin Tibb bacısı fakültəsində pedaqoji fəaliyyət göstərib. Türk Dövlətlər Təşkilatı Türk Universitetlər Birliyinin Orhun mübadilə proqramı çərçivəsində baş tutan fəaliyyət zamanı M.Fətəliyeva “Uşaq sağlamlığı və xəstəlikləri üzrə tibb bacısı”, “Qadın sağlamlığı və xəstəlikləri üzrə tibb bacısı” və “Cərrahi xəstəliklər üzrə tibb bacısı” kafedralarında həmin fakültənin 4-cü kurs tələbələrinə dərs keçib.
İki həftəlik proqram dövründə Məhəbbət Fətəliyeva Ege Universitetinin rektoru, professor Necdət Budak, Həmşirəlik fakültəsinin dekanı, professor Ayşegül Dönməz ilə görüşüb. Rektor, professor Necdət Budak Ege Universiteti və Azərbaycan Tibb Universiteti arasında əlaqələrin səviyyəsindən məmnun qaldığını bildirib, bu əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb.