Azərbaycan Tibb Universitetinin Patoloji anatomiya kafedrasının assistenti Arzu İbişova Türk Dövlətləri Təşkilatı Türk Universitetləri Birliyinin “Orhun” mübadilə proqramı çərçivəsində Türkiyənin Niğde Ömer Halisdemir Universitetində (NÖHÜ) olub.
O, Tibb fakültəsinin Tibbi patologiya kafedrasında iki həftəlik pedaqoji fəaliyyət həyata keçirib, imtahanda iştirak edib, o cümlədən müəllimlərlə fikir mübadiləsi aparıb. Səfər ərzində A.İbişova Tibb fakültəsinin dekanı, professor Üner Kayabaş və universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri dr. Hülya Üründü ilə görüşüb. Görüşlərdə hər iki universitetin uyğun kafedraları arasında tədris və elmi istiqamətlərdə əməkdaşlıq barədə müzakirələr aparılıb. Əməkdaşımız, həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycannın qazandığı böyük Zəfər və bu ilin sentyabrında antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyinin tam bərpası haqqında müəllim və tələbələrə geniş məlumatlar verib.