Türkiyə Atatürk Universitetinin Daxili xəstəliklər tibb bacılığı kafedrasının professoru Mehtap Kavurmaçının ATU-nun Ailə təbabəti kafedrasında İctimai səhiyyə fakültəsinin ali tibb bacısı ixtisası üzrə təhsil alan tələbələri və kafedranın əməkdaşları ilə görüşü keçirilib.
Toplantını açan Ailə təbabəti kafedrasının müdiri, professor İbrahim İsayev son illərdə Azərbaycan Tibb Universiteti ilə Türkiyənin bir çox universitetləri arasında səmərəli əlaqələr qurulduğunu, həmçinin müəllim və tələbə mübadiləsinin genişləndiyini qeyd edib.
Professor Mehtap Kavurmaçı təmsil etdiyi universitetdə tədrisin aparılması haqqında geniş məlumat verib və “Kardiovaskulyar sistem xəstəlikləri və tibb bacılığı” mövzusunda mühazirə oxuyub.
İştirakçılar tərəfindən böyük maraqla qarşılanan mühazirə ətraflı müzakirə olunub. Tədbirin sonunda tələbə və əməkdaşları maraqlandıran suallar cavablandırılıb.