Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) tərəfindən Azərbaycan Tibb Universitetində “Ürəyinizi qoruyun” layihəsi çərçivəsində maarifləndirmə aksiyası keçirilib.
Tədbirdə institutun elmi katibi, tibb üzrə fəlsəfə doktoru Təranə Cavadova müasir dövrdə sağlam həyat tərzinin təbliği və ürək xəstəliklərinin artması baxımından layihənin əhəmiyyətindən danışıb.
Tədbirdə ürək-damar xəstəliklərinə qarşı mübarizə aparmaq məqsədilə tələbələr üçün sağlam həyat tərzi və zərərli vərdişlərdən qorunma haqqında videoçarxlar nümayiş olunub, maarifləndirici bukletlər paylanılıb, böyük elmi işçi Mahir Bağırov və tibb üzrə fəlsəfə doktoru Rafiq Yusiflinin “Sağlam genofonda addım ataq” mövzusunda məruzələri dinlənilib.
Qeyd edək ki, aksiya çərçivəsində iştirakçılar ilkin müayinələrə (boy, çəki, təzyiq və nəbzin ölçülməsi) dəvət edilib, onlara ürək-damar xəstəliklərinin əsas risk amilləri barədə məlumat verilib.
Tədbir tələbələrin böyük marağına səbəb olub.