Türkiyənin Ege Universitetinin Tibb bacılığı fakültəsinin əməkdaşı, dosent Gülengül Mermer Azərbaycan Tibb Universitetinin Ailə təbabəti kafedrasında olub.
O, ATU-nun İctimai səhiyyə fakültəsinin “tibb bacısı” ixtisası üzrə tələbələri və kafedranın əməkdaşları ilə görüşüb. G.Mermer Ege Universitetində Tibb bacılığı fakültəsində tədrisin aparılması haqqında ətraflı məlumat verib. Daha sonra “Tibb bacılığının inkişaf müddəti” mövzusunda mühazirə oxuyub.
Böyük maraqla qarşılanan mühazirə ətraflı müzakirə olunub, tələbə və kafedra əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb.