ATU-nun Neyrocərrahiyyə kafedrasının dosenti, Tədris Cərrahiyyə Klinikasının neyrocərrahı Cəmil İskəndərovun daha bir əməliyyatı uğurla nəticələnib.
Belə ki, klinikaya baş ağrıları, qıcolma tutmaları şikayəti ilə müraciət edən pasiyentin MRT müayinəsi aparılıb və ona təpə nahiyəsinin ekstraserebral şiş
Cərrahın sözlərinə görə, şiş hərəkət zonasına nisbətən yaxın olduğundan, müəyyən mənada riskli əməliyyat sayılır. Lakin buna baxmayaraq, ətraf beyin toxumasına zərər vurmadan şiş total şəkildə xaric edilib, heç bir nevroloji problem yaranmayıb. Ortalama 2 saatdan çox çəkən əməliyyatdan sonra xəstədə özünü büruzə verən baş ağrıları, qıcolma əlamətləri aradan qalxıb. Eyni zamanda əməliyyat damarlarla zəngin zonada aparıldığına görə beyin qanaması riski də ola bilərdi. Amma əməliyyatın gedişində belə bir təhlükə yaranmayıb və əlavə qan köçürülməsinə ehtiyac qalmayıb. Əməliyyatdan sonra hərəkət defisiti də baş verməyib.