XV Respublika Universiadasında ATU-nun dörd tələbəsi medal qazanıb

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş ali təhsil müəssisələrinin tələbələri arasında XV Respublika Universiadasına yekun vurulub.

Azərbaycan Memarlıq və İnşaat Universitetində kişilər arasında keçirilən yunan-roma güləşi üzrə yarışlarda universitetimizi 5 tələbə güləşçi təmsil edib. Məşqçi-müəllim, Əməkdar idman xadimi, professor Zakir Məmmədovun rəhbərliyi altında hazırlanan tələbələrimiz həm sərbəst, həm də yunan-roma güləşi üzrə yarışlarda heç bir zədə almadan iştirak ediblər. Onlardan Murad Həsənli və Murad Şıxıyev I yeri tutaraq qızıl medal, İbrahim İbrahimli və Kamal İsmayılov isə III yerə sahiblənərək bürünc medal qazanıblar. 

Məlumat üçün qeyd edək ki, yarışlarda 6 komanda iştirak edib. Azərbaycan Memarlıq və İnşaat Universiteti ümumi nəticədə yarışın qalibi olub. Turnir Gənclər və İdman, Elm və Təhsil nazirliklərinin birgə dəstəyi, həmçinin “Gənclik” Tələbə İdman Cəmiyyəti, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsinin təşkilatçılığı ilə baş tutub.

Yarışlarda qazandıqları nailiyyətə görə tələbələrimizitəbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq!