ATU-nun əməkdaşı metabolik və bariatrik cərrahiyyədən sonra oruc tutmağın təsiri ilə bağlı beynəlxalq sorğuda iştirak edib

Bir sıra ölkələrdə oruc tutmağın bariatrik cərrahiyyə keçirmiş şəxslərə təsiri ilə bağlı elmi araşdırma aparılıb. Tədqiqatda 11 ölkədən olan 21 mərkəzin nümayəndələri iştirak ediblər. Tədqiqatın müəllifləri sırasında Azərbaycan Tibb Universitetinin əməkdaşı, cərrah Tariyel Ömərov da var.

Araşdırmanın işçi qrupunun üzvü, Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının sədri, t.ü.f.d  T.Ömərovun dediyinə görə, araşdırmanın nəticələri hər 3 ildən bir yenilənir. Məqsəd bariatrik və metabolik cərrahiyyə keçirmiş insanlarda orucluq zamanı və bundan sonrakı dövrdə yarana biləcək riskləri minimuma endirmək, xəstələri düzgün istiqamətləndirmək üçün konkret tibbi tövsiyələr hazırlamaqdan ibarətdir.  

Araşdırmada iştirak edən xəstələrin orta yaşı 36-40 yaş arası olub. Onlarda daha çox mədə-bağırsaq sisteminin üst qatlarında ağırlaşmalar müşahidə olunub. yalnız pasiyentlərin 4,5 faizində  cərrahi müalicəyə ehtiyac yaranıb. 

Azərbaycanlı təbibin də iştirak etdiyi beynəlxalq araşdırmanın nəticələrin artıq nature.com platformasında dərc edilib. https://www.nature.com/articles/s41598-023-47673-w