Səhiyyə Nazirliyinin rəhbər şəxsləri Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər

Dekabrın 12-i müstəqil Azərbaycanın inkişafında misilsiz xidmətləri olan görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günüdür.
Ümummilli Liderin vəfatının 20-ci ildönümü ilə əlaqədar bu gün Səhiyyə Nazirliyinin rəhbər şəxsləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini hörmət və ehtiramla anaraq, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli də mərasimdə iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib. "Heydər Əliyev İli" çərçivəsində Səhiyyə Nazirliyi və nazirliyin tabeliyində olan qurumları, o cümlədən Azərbaycan Tibb Universiteti tərəfindən Bakı şəhərində və respublikanın bölgələrində müxtəlif tədbirlər və beynəlxalq elmi-praktik konfranslar keçirilib.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan səhiyyəsinə və tibb işçilərinə həmişə xüsusi diqqət və qayğı göstərib. Ölkəmizdə səhiyyənin inkişafı və tibbi kadrların hazırlanması məhz Ulu Öndərin adı ilə bağlıdır.
Ulu öndər Heydər Əliyevi dərin hörmət və ehtiramla anırıq.

Allah rəhmət eləsin!