Rumıniyanın İasi şəhərinin Apollonia Universitetinin əməkdaşları - universitet Elmi Şurasının sədri, professor Carmen Stadoleanu, dr. Daniela İvona Tomita və dr. Diana Gheban Erasmus+ mübadilə proqramı çərçivəsində Azərbaycan Tibb Universitetində olublar.
Qonaqlar ATU-nun Tədris Stomatologiya Klinikası və İnsan anatomiyası və tibbi terminologiya kafedrasına baş çəkərək, tədris prosesinin təşkili ilə yaxından tanış olublar.
Daha sonra ATU-nun rektoru, professor Gəray Gəraybəyli rumın mütəxəssisləri qəbul edib. Görüşdə iki universitet arasında əməkdaşlığın tarixi, ikitərəfli və mübadilə proqramları çərçivəsində əməkdaşlıq istiqamətləri, birgə elmi-tədqiqat işlərinin planlaşdırılması müzakirə olunub.
Görüşdə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova iştirak ediblər.