Graduate Medical Education (ACGME) tərəfindən 2021-2022 cil ildə 182 ixtisas və yarımixtisas üzrə 871 institut akkreditasiyadan keçib. Akkreditasiyadan keçən assosiasiyaların içərisində Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyası da var. Metobalik və Bariatrik cərrahiyyə sahəsində aktiv təcrübəyə malik olan və İFSO tərəfindən təklif olunan təhsil və təlim fəaliyyətlərində iştirakını davam etdirən uğurlu İFSO üzvünə isə Fellow of İFSO (FİFSO) adı verilir. Universitetimizin əməkdaşı, Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının sədri, t.ü.f.d. Taryel Ömərov da bu ada layiq görülüb.
Qeyd edək ki, üzvü olduğu milli cəmiyyət İFSO reyestrinə və yaxud İFSO-nun Metobalik və Bariatrik Cərrahiyyə üzrə ümumdünya sorğusuna töhvə verən, eyni zamanda İFSO-nun beynəlxalq standartları əsasında əməliyyatlar həyata keçirən, protokolların, məqalələrin yazılmasında yaxından iştirak edərək öz ölkəsində fəaliyyət göstərən, son 3 ildə İFSO Dunya Konqresində ardıcıl olaraq tezisləri çıxış kimi qəbul edilib əsas proqrama daxil edilən və bu 3 il ərzində ən azı ildə bir elmi məruzə təqdim etmiş cərrah Fellow doctor statusuna layiq görülür və xüsusi sertifikat alır.
İFSO prezidenti və FİFSO komitəsinin sədri tərəfindən imzalanmış FİFSO sertifikatları hər il İFSO Dünya Konqresində təqdim edilir.
ATU-nun əməkdaşı ölkəmizdə bu adı almış yeganə mütəxəssisdir.