Gürcüstan Oftalmologiya Cəmiyyətinin prezidenti, professor Zaza Kotenaşvilinin dəvəti ilə dr. Leyla Kazımova Tbilisi Beynəlxalq Oftalmologiya Konfransında Azərbaycanı təmsil edib.
L.Kazımova konfransda «Оптическая когерентная томография: руководство по интерпретации глазных заболеваний» mövzusunda məruzə ilə çıxış edib.
Xatırladaq ki, Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının əməkdaşı olan Leyla xanım müxtəlif illərdə Türkiyə, Hindistan, Yunanıstan, İtaliya və digər ölkələrdə fərqli oftalmoloji kurslara qatılıb. O hazırda ATU-nun Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsində OKT, retinoloq və Neanatologiya söbəsində konsultant həkim kimi çalışır.
Əməkdaşımızın Tbilisi Beynəlxalq Oftalmologiya Konfransındakı məruzəsi maraqla qarşılanıb və o, sertifikatla təltif olunub.