Azərbaycan Tibb Universitetində təhsil alan hindistanli tələbələrin dekabrın 16-da “Landmark” hotelində mahnı və rəqs festivalı kecirilib.
Festivalda tələbələr tərəfindən hazirlanmış mahnı, rəngarəng rəqslər, Hindistan mədəniyyətini təmsil edən müxtəlif rəsmlər və mətbəx nümunələri nümayiş etdirilib. Tədbirdə hindistanlı tələbələrlə yanaşı, ATU-nun “Şəfa” ansamblının üzvləri də milli mahnılarımızla çixış edərək alqışlarla qarşılanıblar.
Bayram əhval-ruhiyyəsində keçən mahnı və rəqs festivalında Hindistanın Azərbaycandakı səfiri Sridharan Madhusudhanan və səfirliyin əməkdaşları da iştirak ediblər. ATU-nun Əcnəbi təhsilalanlarla iş üzrə dekan müavini, dosent Niyazi Hacızadə universitetimizdə təhsil alan 242 nəfər hindistanlı tələbə haqqında səfirə məlumat verib.