Mingəçevir şəhərində ətraf regionların mama-ginekoloqları üçün konfrans təşkil olunub.
Konfransda, Azərbaycan Tibb Universitetini (ATU) I mamalıq və ginekologiya kafedrasının dosenti Natavan Axundova təmsil edib. O, tədbirdə “Hamilələrdə ürəkbulanma va ağır dərəcəli qusmanın müalicəsinə müasir yanaşma” mövzusunda məruzə ilə çıxış edib.
Ümumilikdə konfrans hamiləlikdə ürəkbulanmalar, həddindən artıq qusma hallarının baş verməsinə həsr olunmuşdu. Ginekoloq həkim N.Axundovanın sözlərinə görə bu cür marifləndirici konfranslarln keçrilməsi olduqca zəruridir.