Dekabrın 23-də Astara rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Ekspertlərin Zirvə Görüşü: Regional Tibbi-Elmi Konfrans”ı öz işinə başlayıb.
Tədbirdə konfransın təşkilat komitəsinin sədri, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov, TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, YAP İdarə Heyətinin üzvü, professor Dr. Tofiq Cahangirov, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Dr. Ülvi Mirzoyev, peşəkar invaziv kardioloq, ürək-damar cərrahları, həkimlər və digər qonaqlar iştirak edib.
Tədbirdə Azərbaycan Tibb Universitetini Tədris Cərrahiyyə Klinikasının həkim kardioloqları təmsil edib. Konqresdə, ATU-nun Tədris Cərrahiyyə Klinikasının Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri Uzman Dr.Mirəli Məcidov, Anesteziologiya və reanimatologiya kafedrasının dosenti, klinikanın Ürək kateterizasiyası və angioqrafiya laboratoriyasının müdiri, invaziv kardioloq, t.ü.f.d Qalib İmanov, həkim- kardioloqu, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədr müavini, tibb elmləri doktoru Yasmin Rüstəmova iştirak edirdilər.
Konqres iştirakçıları ilk olaraq Ümummilli Lider Heydər Əliyevin Astarada ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, əbədiyaşar lider Heydər Əliyevə həsr edilmiş sənədli film izlənilib. Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, tədbirin davamı 24 dekabr tarixində “Sağlam gələcək üçün birlikdə yürüyək!" devizi altında konfrans iştirakçıları və rayon ictimaiyyətinin birgə idman yürüşü marafonu ilə Astara Dənizkənarı Park-Bulvar kompleksində həyata keçirilib.