I kurs tələbələri arasında futzal yarışları başa çatıb

ATU-nun Tələbə Həmkaralar İttifaqı Komitəsi ilə razılaşdırılmış əsasnaməyə uyğun olaraq “Təbib” idman klubunun təşkilatçılığı ilə futzal yarışları keçirilib.

Yarışların baş tutması üçün fakültə dekanlıqlarından hər komandanın tərkibində 8 tələbə olmaqla 12 komandanın sifarişi təqdim edilib. Əvvəlcə püşkatma mərasimində komandaların kapitanları iştirak edib və 4 qrupa bölünüb. Futzal üzrə bölmənin məşqçi-müəllimi Şükür Bayramov tərəfindən komandaların kapitanları yarışların keçirilmə qaydaları ilə ətraflı tanış olub və turnir cədvəli müəyyən edilib. Həftənin şənbə günləri (18, 25 noyabr və 2 dekabr) daxil olmaqla 3 həftə davam edən dairəvi sistem üzrə keçirilən oyunlarda yarımfinalçılar müəyyənləşib. Dekabrın 9-da final oyunları keçirilib və qaliblər müəyyənləşib. Hərbi Tibb Məktəbinin I kurs kursantları bütün fakültələrdən olan rəqiblərinə qalib gəliblər. 623F-2b komandası birinci, 623F-3a komandası ikinci, 623F-3b komandası isə üçüncü yerə layiq görülüb.

   Yarışların bağlanış mərasimində ATU-nun THİK sədri Qoşqar İsmayılov, Hərbi Tibb Fakültəsinin zabitləri və “Təbib” idman klubunun sədri Qələndər Aslanov Ümummilli Lider Heydər Əliyevin ölkə idmanının inkişafındakı misilsiz xidmətlərindən, Dövlətimizin idmana və idmançılara qayğısından danışıb və tələbələri təbrik ediblər. Sonda qaliblər medal, diplom və kubokla təltif olunublar. Kursant Zamil Əliyev oyunlarda “Ən Çox Qol Vuran” nominasiyası və Fəxri Diplomla təltif olunub.