Dekabrın 9-da ATU-nun “Təbib” idman klubunda əcnəbi tələbələrin şahmat turniri keçirilib. Turnirdə universitetin müxtəlif fakütələrindən 24 tələbə iştirak edib. Yarış şahmat-dama bölməsinin məşqçi-müəllimi Kübra Bacarani tərəfindən FİDE qaydalarına uyğun olaraq qarışıq (qızlar, oğlanlar bir yerdə) formada 7 turdan ibarət keçirilib.
7 oyundan sonra Stomatologiya fakültəsinin I kurs tələbəsi Soheyi Mohammadi Azar 7 xalla birinci, MPF-1 fakültəsinin V kurs tələbəsi Omar Baradeiya 5 xalla ikinci, Stomatologiya fakültəsinin I kurs tələbəsi Mobin Pourmarjan Varjovi da 4 xalla üçüncü yerin qalibi olub.
Yarışın bağlanış mərasimində “Təbib” idman klubunun sədri Qələndər Aslanov çıxış edərək əcnəbi tələbələrə ATU rəhbərliyi tərəfindən hər zaman diqqət və qayğı göstərildiyini qeyd edib və belə yarışların tədris ili ərzində digər idman bölmələrində də davam etdiriləcəyini vurğulayıb.
Sonra əcnəbi tələbələrlə iş üzrə “SƏS” təşkilatının sədri, rezident Vafa Mohamed çıxış edərək ATU-da əcnəbi tələbələrə göstərilən qayğıya görə universitet rəhbərliyinə tələbələr adından dərin təşəkkürünü bildirib.
Sonda qaliblər “Təbib” idman klubunun medal və diplomları ilə təltif olunub.