Dekabrın 25-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "GINius" intellektual yarışının ölkə finalı keçirilib. Yarışa regionlar və Bakı üzrə seçim turlarında uğurlu nəticə göstərmiş qalib komandalar qatılıb.
"Fibonacci Games" tərəfindən aparılan yarışda 36 komanda 7 tur boyunca müxtəlif mövzular üzrə bilik mübarizəsi aparıblar. Bakı Gənclər Evində seçim mərhələsini keçmiş Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi İntellektual Oyunlar Klubunun üzvlərindən ibarət “Sinaps” komandası ən çox xal toplayaraq birinci olub.
Universitetimizi təmsil edən gənclər I Müalicə-Profilaktika fakültəsi V kurs tələbəsi Arzu Musayeva, II Müalicə-Profilaktika fakültəsi VI kurs tələbəsi Fərid Məmmədhüseynov, İctimai Səhiyyə fakültəsi IV kurs tələbəsi Cavid Əhmədov və Stomatologiya fakültəsi III kurs tələbəsi Mirleyla Ağayeva olmuşlar.
Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov və ADBTİA-nın rektoru Fuad Hacıyev təqdim ediblər.
Qeyd edək ki, yarışın start götürdüyü iki ay ərzində ümumilikdə 157 komandada 1000-dək gənc iştirak edib.
Tələbələrimizi universitet adından təbrik edir və uğurlarının davamlı olmasını diləyirik.