Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli universitetin kollektivini qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edib.
“Əziz həmkarlar, hər birinizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Biz bu ili qalib ölkə, bütöv Azərbaycan olaraq bitiririk.
2024-cü ilin ölkəmiz üçün sülh, əmin-amanlıq içində keçməsini diləyirəm. Sizləri və ailələrinizi təbrik edir, hamınıza möhkəm can sağlığı, xoşbəxtlik, böyük uğurlar arzu edirəm. Gələn il daha böyük enerji ilə universitetimizin inkişafı naminə birgə addımlar ataq.
Həmçinin ölkəmizin rəhbəri, Prezident İlham Əliyev, Mehriban xanım Əliyeva başda olmaqla, bütün Azərbaycan xalqına universitetimizin professor-müəllim heyəti, bütün kollektivi adından təşəkkür və təbriklərimizi çatdırıram. Allah xalqımızı qorusun. Gələn il dövlətimizi və xalqımızı daha böyük uğurların gözlədiyinə inanıram”.