Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli IV Beynəlxalq “Səmərqənd-2020” Olimpiadasında uğurla çıxış edən komanda üzvləri ilə görüşüb.
Dörd mindən çox iştirakçısı olan beynəlxalq yarışmada qələbə qazanan ATU tələbələrini təbrik edən rektor G.Gəraybəyli bu hadisəni böyük nailiyyət kimi dəyərləndirib. ATU-nun rektoru Gəray Gəraybəyli bildirib ki, belə nüfuzlu müsabiqənin qalibi olmaq digər tələbələrimiz də daha böyük uğurlara imza atmaları həvəsləndirəcək. O, hər kəsə güclü fəxarət hissi yaşadan, ATU-nun adını beynəlxalq arenada ləyaqətlə təmsil edən tələbə və müəllimlərə təşəkkür edib və onlar gələcəkdə yeni uğurlar arzulayıb.
Qeyd edək ki, ötən ilin dekabrında Səmərqənddə keçirilən Tibb Universiteti Tələbələrinin IV Beynəlxalq Olimpiadasının nəticəsinə əsasən, ATU-nun tələbələri müxtəlif kateqoriyalar üzrə ilk yerləri tutublar. II Müalicə-profilaktika fakültəsinin tələbəsi Gülgün Məmmədli I, Stomatologiya fakültəsinin tələbələri Süsən Yaqubova və Emel Mahalova II, I Müalicə-profilaktika fakültəsinin tələbəsi Tamara Mahalova isə III yerə layiq görülüblər. Rektor ilə görüşdə ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov, TEC-in sədri, doesnt Müşfiq Həsənov iştirak ediblər.