Fevralın 12-də Azərbaycan Tibb Universitetini
“Bildiyiniz kimi, son illər dekanlar böyük imtiyazlara malikdir və bu vəzifə universitetdə ən aparıcı işlərdən sayılır. Çünki onlar təlim, tədris və tərbiyənin düzgün qurulmasına cavabdehdir
Çıxışında tələbə-müəllim münasibətlərinə də toxunan prorektor tədrisin aparılması zamanı baş verən bəzi neqativ halları da nəzərə çatdırıb: “Aramızda elə müəllimlər var ki, tələbələrlə düzgün ünsiyyət qura bilmədikləri üçün ümumilikdə tədrisin keyfiyyətinə zərər dəyir. Belə müəllimlər haqda tələbələr mənfi rəy yaradır. Xüsusilə xarici tələbələr onlardan dəfələrlə rəhbərliyə şikayət ediblər. Mütləq belə hallar aradan qaldırılmalıdır”. Xoşagəlməz hadisələrin universitetin imicinə xələl gətirdiyini söyləyən S.Əliyev əlavə edib ki, belələrinə qarşı ciddi tədbirlər görüləcək.
Dosent Elmira Əliyevanın tərcümeyi-halı və pedaqoji fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verən ATU-nun Elmi katibi, professor Nazim Pənahov bildirib ki, o, ötən tədris ilindən bu vəzifəni müvəqqəti icra etməyə başlayıb. Bu günlərdə isə “Təbib” qəzetində Stomatologiya fakültəsinə dekan seçkisi üçün elan dərc edilib. Həmin elana əsasən, Stomatologiya fakültəsinin tərkibində olan kafedraların əməkdaşları və “Təbib” Tədris İdman Klubunun kollektivi tərəfindən ümumi yığıncaqlar təşkil olunaraq, dosent Elmira Əliyevanın bu vəzifəyə namizədliyi irəli sürülüb.
Toplantıda çıxış edənlər E.Əliyevanın peşəkar fəaliyyətindən bəhs edərək, onun daha əvvəl dekan müavini, eləcə də çalışdığı kafedranın fəal əməkdaşı kimi bir sıra vəzifələrin öhdəsindən uğurla gəldiyini söyləyiblər. İşlədiyi son tədris ili ərzində Elmira xanımın bir dekan kimi göstərilən etimadı layiqincə doğrultduğunu qeyd edən natiqlər, onun universitetin ictimai həyatındakı rolunu, eləcə də tələbələr və kafedra əməkdaşları ilə xoş münasibəti
Bundan sonra namizəd öz platformasını diqqətə çatdırıb və professor Rəna Əliyevanın sədrliyi ilə formalaşdırılan Seçki Komi