Konstitusiya Məhkəməsi fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində müzəffər Ali Baş Komandanımız, zəfər səlnaməsinin müəllifi cənab İlham Əliyevin 92,21 faiz səslə qalib olduğunu təsdiqləyib.
Qarabağın tam azad olunmasından sonra keçirilən ilk seçkilərdə Azərbaycan vətəndaşları böyük iftixar hissi ilə iştirak etdilər və yenidən müstəqilliyimiz, təhlükəsiz gələcəyimizin qarantına, Heydər Əliyev siyasi kursunun zəfərinə və təntənəsinə səs verdilər. Bu qələbə Azərbaycan xalqının Cənab İlham Əliyevin siyasi kursuna olan etimadının bariz nümunəsidir.
Azərbaycanın görkəmli dövlət xadimi, Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə istənilən sahədə ciddi nailiyyətlər qazanılıb. Lakin müzəffər Ali Baş Komandanımızın başçılığı ilə əldə olunan böyük Zəfərimiz hər kəs üçün milli qürur mənbəyinə çevrilib.
Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın bu günə qədər əldə uğurların artacağına, Azərbaycanın bölgədə və dünyada mövqeyini daha da möhkəmləndirəcəyinə, qüdrətini daha da yüksəldəcəyinə əminik.
Azərbaycan Tibb Universitetinin kollektivi Cənab İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, ölkəmizin müstəqilliyinin daha da gücləndirməsi, iqtisadi inkişafının sürətləndirilməsi və digər bütün istiqamətlərdə fəaliyyətində uğurlar diləyir!