Stomatologiya fakültə dekanlığında qrup nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinin dekanlığının rəhbərliyi ilə bütün kurslar üzrə qrup nümayəndələri arasında görüş keçirilib. Fakültənin dekanı dosent Elmira Əliyeva, dekan müavini Aysel Həşimova və akademik məsləhətçi Həcər İsmayılovanın iştirak etdiyi görüşə həm yerli, həm də əcnəbi tələbələrin qrup təmsilçiləri qatılıb.

Toplantıda tədris prosesi ilə əlaqədar vacib məsələlər, o cümlədən davamiyyət, nizam-intizam və davranış qaydaları və sair məqamlar müzakirə olunub. Həmçinin, qrup nümayəndələrinin müxtəlif mövzularla bağlı sualları cavablandırılıb.