Azərbaycan Tibb Universitetinin fakültələrində dekan rəhbərliyi ilə tələbələr və qrup nümayəndələri arasında ənənəvi görüşlər davam etdirilir.
Bu günlərdə I Müalicə-profilaktika fakültəsinin rəhbərliyi ilə müxtəlif kurslar üzrə qrup nümayəndələri arasında ardıcıl toplantılar keçirilib. Silsilə görüşlərdə tələbələri narahat edən məsələlər müzakirə olunub, onları maraqlandıran suallar cavablandırılıb. Həmçinin, əvvəlki semestrlərdə rast gəlinən çatışmazlıqların aradan qaldırılması ilə bağlı dekan Elşad Novruzov tərəfindən tövsiyələr səsləndirilib.