ATU-nun Tədris Cərrahiyyə Klinikasının Klinik diaqnostik laboratoriyası Rezidentura ve magistratura şöbəsi ilə birgə rezidentlər üçün növbəti seminar keçirib.
Adıçəkilən şöbənin müdir müavini, assistent Namiq Xəlilov bu dəfəki seminarın xərçəngin erkən diaqnostikasında laborator göstəricilərin roluna həsr edildiyini diqqətə çatdırıb və sözü laboratoriyanın şöbə müdiri Elxan Nağıyevə verib. Çıxışında diaqnostikada onkomarkerlərin rolundan bəhs edən məruzəçi TCK laboratoriyasında onkomarkerlerin tam avtomat cihazlarla işlənmə prinsipləri haqqında məlumat verib.
Seminarda laboratoriyanın həkimi, klinik biokimya mütəxəssisi Növrəstə Hacılı bildirib ki, onkomarkerlər müəyyən simptomlar olan xəstələrdə differensial diaqnostikada istifadə edilir və həmçinin xərçəng xəstəliyinin gedişatının təqib edilməsində mühüm rol oynayır: “Onkomarkerlər müxtəlif onkoloji xəstəliklərin diaqnostikasında, aşkarlanmasında və onun növünün müəyyən edilməsində istifadə olunur. Lakin onkomarkerlər kliniki əlamətlər və digər müayinələrlə birlikdə qiymətləndirilməlidir. Bu markerləri qanda, sidikdə, nəcisdə, şiş toxumasında və digər toxumalarda təyin etmək olar. Şiş markerlərinin bir çoxu bizim laboratoriyamizda tətbiq edilir. Qan dövranındakı onkomarkerlər radioimmunoloji, enzimimmunoloji, hüceyrə daxili onkomarkerlər isə immunohistokimyəvi üsüllarla təyin edilir. Onkomarkerler yüksək həssaslığı olan reaktivlərlə ölçülür”.
Tədbirin sonunda mövzu ilə bağlı rezidentlərlə diskussiya şəkilində müzakirələr aparılıb, suallar cavablandırılıb.