ATU-nun Tədris Cərrahiyyə Klinikasında 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirilib.
Tədbiri TCK-nın Mülkü Müdafiə Qərargahının rəisi Azər Cəfərov açaraq Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) yaranma tarixi, 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününün qeyd edilməsinin məqsədi, Azərbaycanın BMMT-yə üzvlüyü, eləcə də mülki müdafiə təbliğatı və əhalinin fəlakət riskinin qarşısının alınmasına necə hazırlanması barədə ətraflı məlumat verib.
Tədbirin gedişində mülki müdafiə işinin təşkilinin ciddi məsələ olduğu və böyük məsuliyyət tələb etdiyi vurğulanıb. Həmçinin təbii fəlakətlər, texnogen qəzalar, terror hadisələri zamanı necə qorunmaq və digər bu kimi fövqəladə hallarda xilasetmə işlərinə aid məsələlərə aydınlıq gətirilib. Bildirilib ki, əsas məsələlərdən biri də mülki müdafiə təlimlərinin keçirilməsidir. Bu cür təlimlər əhalinin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu sahədə qurumların birgə fəaliyyəti və əməkdaşlığı da olduqca vacibdir. Bu nöqteyi-nəzərdən Azərbaycan Tibb Universitetində, o cümlədən Tədris Cərrahiyyə Klinikasında vaxtaşırı mülki müdafiə məşqlərinin, maarifləndirici təlimlərin keçirildiyi diqqətə çatdırılıb.
Toplantıda klinikanın əməkdaşları və mülki müdafiə qüvvələri iştirak ediblər.