Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Türkiyənin Çanaqqala On Səkkiz Mart Universitetinin rektoru professor Cüneyt Erenoğlu ilə görüşüb.
Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri, tədris sahəsində yeniliklərin bölüşülməsi və digər məsələlərlə bağlı maraqlı müzakirələr aparılıb.
Görüş zamanı G.Gəraybəyli və C.Erenoğlu təmsil etdikləri universitetlərin tarixi, fəaliyyəti, tətbiq edilən təhsil sistemi, tədris proqramları barəsində məlumat veriblər. Rektor Gəray Gəraybəyli ATU-da son illərdə aparılan islahatlar, universitetin beynəlxalq akkreditasiyadan keçməsi haqqında ətraflı informasiyanı qonaqların diqqətinə çatdırıb. Tərəflər ali təhsil müəssisələri arasında münasibətləri inkişaf etdirmək, təcrübə mübadiləsi aparmaq, beynəlxalq layihələrdə birgə iştirakla bağlı məsələləri də müzakirə ediblər.
Görüşdə ATU-nun elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova iştirak ediblər.