Bu günlərdə Türkiyədə 9-cu Beynəlxalq Elm və İnnovasiyalar Konqresi (İnternational Sciences and İnnovation Congress) keçirilib. Dünyanın bir neçə ölkəsindən mütəxəssislərin qatıldığı konfransda Azərbaycan Tibb Universitetinin müəllim və tələbələri də onlayn şəkildə iştirak ediblər.
Konqresdə I Müalicə Profilaktika fakültəsinin tələbələri Nurlan Əlizadə, Nərmin Eyvazova və Əminə Məmmədova məruzələrlə çıxış ediblər. “Multifactorial pathogenesis of Calciphylaxis” və “Relationship Between Fibroblast Growth Factor-23 and Vascular Calcification In Hemodialysis Patients” adlı məruzələr Nefrologiya fənni üzrə müəllimlər t.ü.f.d Şəlalə İsmayilova və t.ü.f.d Aytən Məmmədzadənin rəhbərliyi ilə baş tutub.