Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli kollektiv üzvlərini xalqımızın mənəvi birlik və qardaşlıq bayramı olan, həm də baharın gəlişindən, təbiətin oyanışından xəbər verən Novruz bayramı münasibətilə təbrik edib.
ATU kollektivi ilə görüşdə rektor G.Gəraybəyli xalqımızın ən sevimli bayramlarından olan Novruzun yeni ilin, yeni dövrün müjdəçisi olması ilə yanaşı, həm də insanlarda sabaha böyük ümid aşıladığını qeyd edib. Bütün ATU kollektivini, Professor-müəllim heyətini və tələbələri qarşıdan gələn Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edən rektor G.Gəraybəyli hər kəsə möhkəm cansağlığı, peşəkar fəaliyyətlərində uğur və bol-bol sevinc arzulayıb.