ATU-nun Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən “Şəfa” ansamblı bayram ərəfəsində tələbələr üçün geniş konsert proqramı ilə çıxış edib. Hər zaman rəsmi tədbirlərdə də universitetimizi layiqincə təmsil edən istedadlı tələbələrin özünəməxsus ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Aydan Qocayevanın aparıcılığı ilə baş tutan tədbirdə Ülkər Gülmalıyeva, Minayə Yusifli, Nicat Əhmədov, Məryəm Nayıbova, Zərifə Mehrəliyeva, Roza Ağayeva və Şamil Əliyevin ifasında səslənən rəngarəng musiqi nümunələri tələbələrdə xüsusi bayram ovqatı yaradıb. Solo ifaçıları skripkada Məltəm Sahratlı, Tural Yusifli, gitarada Qasım Məmmədov, Ramazan Məmmədov, tarda Kənan Cəfərov, zərb alətində Nəriman Abdulla və pianoda Xəyal Fətullayev müşayiət ediblər.