Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) təşkilatçılığı ilə Sumqayıt şəhərində Xüsusi Təyinatlı Qüvvələrin şəhid ailə üzvləri və qazilər üçün tibbi aksiya keçirilib.
Aksiya çərçivəsində Bakı, Sumqayıt, Quba, Xaçmaz, Şabran və digər rayonlarda yaşayan həssas kateqoriyanın nümayəndələri müayinə olunublar. Onların müayinəsində müxtəlif dövlət və özəl tibb müəssisələrində çalışan 20 ixtisas üzrə 34 könüllü həkim - kardioloq, radioloq, terapevt, pediatr, dermatoloq, nevroloq, endokrinoloq, cərrah, stomatoloq, reabilitoloq, fizioterapevt, ginekoloq, psixoloq və digərləri iştirak edib. Aksiya 150-ə yaxın şəxsi əhatə edib. Xəstəlik aşkar edilən vətəndaşlara müvafiq müalicə kursları təyin olunub, yerində məsləhətlər verilib. Həmçinin sağlamlıq vəziyyəti ağır olan şəxslərə ixtisaslaşmış tibb müəssisələrində müayinədən keçmək tövsiyə edilib və ehtiyac yaranarsa cərrahi əməliyyatların aparılmasına dəstək veriləcəyi diqqətə çatdırılıb.
Aksiyada ATU-nun həkimləri və tələbələri də fəal iştirak edib. Onlardan AKHA-nın sədri, Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Oktay Mehtiyev, II Müalicə-profilaktika fakültəsinin dekan müavini Arzu Bəydəmirova, II Uşaq xəstəlikləri kafedrasının dosenti Fəxriyyə Məmmədova, Ümumi cərrahlıq kafedrasının dosenti Elman Tağıyev, II Daxili xəstəliklər kafedrasının assistenti Gülarə Axunbəyli, tələbələrimizdən isə Çiçək Məmmədli, Zivər Hüseynova, Aqil Nəzərov, Aytac Muradlı, Günay Musayeva, Məhəmmədəli Əliyev, Rəfiqə Süleymanova, Vüsal Mustafayev, Əliəşrəf Mirzəyev, Zöhrə İsmayılova, Müjgan Allahverdiyeva, Yusuf Xəlil, Sərfinaz Hüseynzadə, Rəziyyə Baxşılı, Tehranə Cəfərova, Mədinə İbrahimova, Ruslan Hüseynov, Fidan Quliyeva, Samirə Qurbanlı, Fatimə Qurbanlı, Səma Məmmədzadə, Leyla Əhmədova, Sevda Rəsulova, Aydan Ələsgərova, Əli Əkbərov, Elçin Verdiyev, Ülvi İsmayılovun adlarını çəkmək olar.