Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsinin dekan müavini Arzu Bəydəmirovanın müəllifliyi ilə “Ürək qan-damar xəstəliklərinin farmakoterapiyası” adlı dərs vəsaiti işıq üzü görüb.
Dərslikdə ürək qan-damar sistemi xəstəliklərinin farmakoterapiyasının ümumi məsələləri, somatik klinikada rast gəlinən kardioloji kinik vəziyyətlərin müalicəsində işlədilən dərman maddələrinin farmakodinamikası, farmakokinetikası, onların qarşılıqlı təsirləri, istifadəsi zamanı təsadüf edilən əlavə təsirləri, istifadəsinə göstəriş və əks-göstərişlər, dozalanmaları, farmakoterapevtik xüsusiyyətləri ətraflı şərh edilib.
Müəllif kitabda, həmçinin dərman maddələrinin təhlükəsiz istifadəsinin, effektlivliliyinin qiymətləndirmə parametrlərinə və rasional farmakoterapiyanın əsas məsələlərinə də toxunub.
Dərs vəsaiti Tibb Universitetinin bütün fakültələrinin tələbələri və fənnin tədrisi ilə məşğul olan professor-müəllim heyəti, müxtəlif ixtisaslı həkim-mütəxəssislər üçün nəzərdə tutulub.