Qazaxıstanın paytaxtı Astana şəhərində “Radiologiyada qadın sağlamlığı” mövzusunda beynəlxalq konfrans keçirilib. Dünyanın 14 ölkəsindən radioloq mütəxəssislərin iştirakı ilə baş tutan bu tədbirdə ölkəmizi ATU-nun Şüa diaqnostikası və terapiyası kafedrasının müdiri professor Məlahət Sultanova və kafedranın əməkdaşı Vəfa Nəcəfova təmsil ediblər.
Qadınlarda daha çox rast gəlinən xəstəliklər problemi bütün dünyada aktualdır. Müxtəlif ölkələrdə qadın xəstəliklərinin statistikası regiondan və tibbi xidmətin əlçatanlıq səviyyəsindən asılı olaraq dəyişir. Son illərdə qadın sağlamlığı geniş spektrli elmi tədqiqatların aparıldığı, yeni tibbi texnologiyaların fəal şəkildə işlənib hazırlandığı və tətbiq olunduğu tibb sahəsinə çevrilib. Konfransda bu xəstəliklər fonunda müasir radiologiyada qadın sağlamlığı problemlərinə dair ümumi müzakirələr aparılıb, bu sahədəki yeniliklər təqdim olunub.
ATU-nun əməkdaşları Azərbaycanda bu sahədə əldə olunan nailiyyətlər və statistik məlumatları əks etdirən məruzə ilə çıxış etmişlər.