Türkiyənin Bələk şəhərində Avropa Pediatriya Assosiasiyası/Avropa Milli Pediatriya Cəmiyyətləri və Assosiasiyaları İttifaqının (EPA-UNEPSA, ARS) XI Konqresi keçirilib. Dünyanın 60-dan çox ölkəsindən iştirakçısı olan bu mötəbər tədbirdə ölkəmizi təmsil edən nümayəndə heyətinin tərkibində Azərbaycan Tibb Universitetinin əməkdaşları və Azərbaycan Pediatrlar Assosiasiyasının üzvləri də olub.
Konqresdə ilk dəfə olaraq Azərbaycan Pediatrlar Assosiasiyası tərəfindən Azərbaycan Milli Sessiyasını təşkil edilib. On iki ildən çoxdur EPA-UNEPSA-nın üzvü olan Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağızadə tədbirdə “Tibb təhsilində bioetikanın inteqrasiyasının əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib. Eyni zamanda APA-nın üzvləri – tibb üzrə fəlsəfə doktoru, dosent Ülviyyə Hacıyeva “Uzun müddət davam edən COVID zamanı uşaqlarda miokardın tranzitor hipoksiyası”, pediatr-neonatoloq-
Məhsuldar keçən tədbirin sonunda APA-nın sədri T.Tağızadə və bir sıra üzvləri konqresin işinə verdikləri töhfəyə görə “EPA-UNEPSA-nın elm medalı”, digər iştirakçılar isə TÜBİTAK və Avropa təşkilatının sertifikatları və təqdirnamələri ilə təltif olunublar.
Qeyd edək ki, APA üzvlərinin konqresə təqdim etdiyi məqalələrin nüfuzlu “British Medical Journal”da dərc edilməsi nəzərdə tutulub.
EPA-UNEPSA Konresində pediatriya sahəsində çalışan həkim-mütəxəssislər üçün bu sahəyə dair aktual mövzular üzrə ən son tədqiqatlar, perspektivlər və kliniki bacarıqlara dair praktiki kurslar təqdim edilir. Tədbirin məqsədi Avropada, həmçinin beynəlxalq miqyasda uşaq sağlamlığını qorumaq, pediatriyada olan mühüm problemlərə diqqəti artırmaqdan ibarətdir.