Azərbaycanlı alimlər Beynəlxalq Pediatrlar Assosiasiyasının (İPA) Dünya İmmunlaşdırma Həftəsi çərçivəsində təşkil etdiyi kampaniyaya qoşularaq videomüraciət ediblər.
"IPA World Immunization Week 2024" videokampaniyasına müxtəlif millətlərdən olan 50-dən çox pediatr və peyvənd sayəsində sağlamlığına qovuşmuş uşaqlar - "peyvənd çempionları" qoşulublar.
Qeyd olunan kampaniyada Azərbaycan Pediatrlar Assosiasiyasının üzvü olan 6 azərbaycanlı həkimə də müracət imkanı verilib.
IPA prezidenti Dr. Naven Takerin müraciəti ilə başlayan videoda ATU-nun ll Uşaq xəstəlikləri kafedrasının əməkdaşları, Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, tibb üzrə fəlsəfə doktoru, dosent Təranə Tağı-zadə, tibb üzrə fəlsəfə doktorları Ülviyyə Hacıyeva, Lalə Hidayətova, Fəxriyyə Məmmədova, pediatr-reanimatoloqlar - Telman Aytayev və Qoşqar İsmayılovun da müracətləri təqdim edilib.