Azərbaycan Tibb Universitetinin Farmakoqnoziya kafedrasının baş müəllimi, əczaçılıq üzrə fəlsəfə doktoru Aytən Şükürova Türkiyənin Anadolu Universitetində altı ay ərzində elmi tədqiqat aparıb. Türkiyə Cümhuriyyətinin təqaüd proqramı çərçivəsində həyata keçirilən layihə çərçivəsində Azərbaycanda yetişən və “dəligöz tikanı” kimi tanınan bitkinin fitokimyası, müalicəvi xüsusiyyətləri və bioloji aktivliyi araşdırılıb.
A.Şükürovanın sözlərinə görə, Eskişehirdəki Anadolu Universitetinin Farmakoqnoziya kafedrasında baş tutub . Professor Nilgün Öztürkün elmi rəhbərliyi ilə “Phytochemical and Bioactivity Studies on Centaurea iberica Trev. ex Sprengel growing in Azerbaijan” mövzusundakı elmi-tədqiqat işi Layihə sayəsində son dövr yeni tədqiqat üsulları və yeni cihazlarla işləməyi öyrənib, onların əsasında tədqiqatımı uğurla həyata keçirtdim.
ATU-nun əməkdaşı A.Şükürova, həmçinin Ankara şəhərində Türk Əczaçıları Birliyinin təşkil etdiyi təlimdə iştirak edərək sertifikata layiq görülüb. A.Şükürova bu uğurlu nəticələrin əldə olunması üçün yaradılmış şəraitə görə Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli, Farmakoqnoziya kafedrasının müdiri professor Cavanşir İsayevə təşəkkürünü bildirir.