Azərbaycan Tibb Universitetinin Tələbə Elmi Cəmiyyəti tərəfindən “Stomatologiyada marketinq və startap anlayışı: nəzəriyyədən uğurlu başlanğıca gedən yol” təlimi keçirilib.
Təlimdən öncə açılış nitqi ilə çıxış edən ATU-nun Elmi Departamentinin müdiri professor Eldar Qarayev bu mövzuda təlimin gənclər və tələbələr üçün əhəmiyyətindən söz açıb. ATU-nun Elmi departamentinin Startap və Konfrans söbəsinin müdiri dosent M.Həsənov startap layihələri, stomatologiyada belə layihələrin faydaları haqqında danışıb. ATU-nun Terapevtik stomatologiya kafedrasının dosenti E.Abbasova iştirakçılara təlimin strukturu və proqramı haqqında geniş məlumat verib.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun Stomatologiya kafedrasının dosenti Rəşad Abışov “Stomatoloji marketinqin əsaslarına həsr olunmuş məruzə ilə çıxış edib.
Sonra məruzəçi tələbələrin suallarını cavablandırıb. Tələbələr tərəfindən böyük maraqla qarşılanan layihə çərçivəsində növbəti iclasın iyunun 3-də keçiriləcək.