Azərbaycan Tibb Universitetində (ATU) narkomaniyaya və zərərli vərdişlərə həsr olunmuş tədbir keçirilib.
ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov çıxış edərək, universitetdə daim zərərli vərdişlərə qarşı mübarizəyə dair maarifləndirmə tədbirlərinin keçirildiyini vurğulayıb.
Prorektor Z.Musabəyov çıxışında, sağlamlığının qorunması sahəsində ölkəmizdə aparılan islahatlar, dövlət qurumlarının bu sahədə apardıqları mübarizə haqqında danışıb. O, narkotik vasitələr və zərərli vərdişlərin insan sağlığı və cəmiyyətimiz üçün fəsadlarından söz açaraq gənclərimizi bütün zərərli vərdişlərdən uzaq durmağa çağırıb.
Qeyd edək ki, tədbirdə narkomaniyanın ziyanları, insan həyatına fəsadlarını əks etdirən video çarx nümayiş etdirilib.