Azərbaycan Tibb Universiteti Azərbaycan Endroloji Cəmiyyəti ilə birlikdə Gəncə şəhərində regional konfrans keçirib. Konfransda Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri, professor Rauf Nağıyev, kafedranın əməkdaşlardan dosent Fikrət Əhmədov, assistent Anar Əhədov və rezident Anar Nəcəfov məruzələrlə çıxış ediblər.
Azərbaycan Tibb Universitetinin rezidentləri və gənc həkimləri üçün Karl Ştort şirkətinin dəstəyi ilə tur simulyator kursu təşkil olunub. Daha sonra Gəncədə ilk dəfə olaraq Gəncə Beynəlxalq Xəstəxanasında toplantı salonuna canlı endoskopik uroloji əməliyyat translyasiya edilib. Konfransa Gəncə və qonşu rayonlardan 50-yə yaxın həkim qatılıb.